Şəki məktəblisi beynəlxalq müsabiqədə qalib gəlib

Şəki şəhər 8 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Ayan Əhmədzadə Böyük Britaniyanın paytaxtı Londonda keçirilən “World Talent Award” beynəlxalq müsabiqəsində fortepiano ifası üzrə yüksək nəticə göstərərək, birinci yerə layiq görülüb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
Qeyd edək ki, Ayan Əhmədzadə həm də Şəki şəhər 3 saylı Uşaq İncəsənət Məktəbində fortepiano ixtisası üzrə musiqi təhsili alır.
"Cebheinfo.az"