Paytaxtda ictimai iaşə dövriyyəsi artıb

Bu ilin yanvar-aprel aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 545,3 milyon manat olub.
Bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2024-cü ilin ilk 4 ayı ilə müqayisədə real ifadədə 19,3 % çoxdur.
Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 313,4 milyon manat olub. Bu, ümumi dövriyyənin 57,5 %-ini təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 17,7 % artaraq 764 milyon manat olub.
"Cebheinfo.az"