“Yaxşı oyunla qalib gəlmək mümkündür” - Bəhlul Mustafazadə

“Yaxşı oyunla qalib gəlmək mümkündür” - Bəhlul Mustafazadə

Azərbaycan milli komandasının müdafiəçisi Bəhlul Mustafazadə Macarıstanla yoldaşlıq oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, 28 yaşlı futbolçu oyundan öncə fikirlərini bölüşüb:

- Sabah bizi çətin oyun gözləyir. Rəqib güclü komandadır. Onlara qarşı yaxşı oyun göstərməyə çalışacağıq.

- “Sabah”la kubok matçındakı yorğunluq Latviya ilə oyunda öz təsirini göstərdi?

- Xeyr, heç bir təsir göstərmədi.

- Macarıstanı məğlub etmək nə dərəcədə realdır?

- Məqsədimiz baş məşqçinin tapşırıqlarını yerinə yetirmək qələbə üçün çalışmaqdır. Yaxşı oyunla qalib gəlmək mümkündür.

"Cebheinfo.az"