Seyran Ohanyan həbs ediləcək

Ermənistanda siyasi qarşıdruma davam edir. Paşinyan-kilsə qarşıdurması daha bir nəfərin həbsi ilə bağlı daha da alovlana bilər.

Erməni mediasında yayılan xəbərlərə görə, bu dəfə Seyran Ohanyanın başı dərddədir. Ermənistanın keçmiş müdafiə naziri, Xocalı soyqırımının əsas iştirakçılarından biri olan Seyran Ohanyanın həbs olunacağı gözlənilir.

 “Cebheinfo.az” xəbər verir ki, Ermənistanın Baş prokuroru Milli Assambleyanın spikeri Alen Simonyana müraciət edərək, “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan və həmin fraksiyanın katibi Artsvik Minasyana qarşı cinayət işinin başlanması ilə bağlı icazə istəyib. Yaxın günlərdə müraciətin müzakirə olunacağı və qərar qəbul ediləcəyi bildirirlir.

Xatırladaq ki, Seyran Ohanyan Qarabağ separatçılarının rəhbərlərindən biri olub və Xocalı soyqırımının əsas təşkilatçılarından biridir. O, eyni zamanda Ermənistandakı revanşist qüvvələri təmsil edir.

“Cebheinfo.az”