Ərdoğanın səhhəti pisləşdi? - RƏSMİ AÇIQLAMA

Ərdoğanın səhhəti pisləşdi? - RƏSMİ AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı yayılan iddialara Türkiyə Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) tərəfindən aydınlıq gətirilib.

Mərkəz Ərdoğanın səhhətinin pis olması ilə bağlı iddiaları təkzib edib.

DMM-dən verilən açıqlamada aşağıdakı ifadələr yer alıb:

"Bir "YouTube" kanalında Prezidentimizin səhhətinin vəziyyəti ilə bağlı əsassız iddialar səsləndirilib. Sözügedən videoda istifadə edilən ifadələr təkcə əsassız iddialar deyil, həm də prezidentliyi hədəf alır və təhqirlər ehtiva edir". (teleqraf)

"Cebheinfo.az"