Maşın vuran piyada 8 gün sonra öldü

Maşın vuran piyada 8 gün sonra öldü

Qaxda səkkiz gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

“Qafqazinfo”nun məlumatına görə, rayon sakini, 1951-ci il təvəllüdlü İsmət Bayram oğlu Mustafayev bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə iyunun 1-də Qax şəhərinin mərkəzində baş verib. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmiş, ona kəllə-beyin travması diaqnozu qoyulmuşdu.

"Cebheinfo.az"