“İnter” ona tapşırıldı

İnter”in yeni baş məşqçisi məlum olub.
Bu barədə klub məlumat yayıb.
Əslən rumın olan Kristian Kivu ilə 30 iyun 2027-ci ilədək müqavilə imzalanıb.
O, 2025-ci ilin fevralında İtaliyanın “Parma” klubuna rəhbərlik edib.
Rumıniyalı buna qədər “İnter”in müxtəlif yaş qruplarından ibarət komandalarında çalışıb.
Kivu futbolçu kimi 2007-2014-cü illərdə “İnter”də çıxış edib. Komanda ilə birlikdə 3 dəfə İtaliya çempionu olub, 2 dəfə ölkə kubokunu və Superkubokunu qazanıb, bir dəfə Çempionlar Liqasının və Klublararası Dünya Çempionatının qalibi olub.
"Cebheinfo.az"