Trampı məhkəməyə verir

Trampı məhkəməyə verir

Kaliforniya qubernatoru Qevin Nyusom etirazları yatırtmaq üçün Los-Ancelesə Milli Qvardiya qoşunlarının yerləşdirilməsi əmrinə görə ABŞ Prezidenti Donald Trampı məhkəməyə verəcək.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə “X” hesabında paylaşım edib.

“Donald Tramp məhz bunu istəyirdi. O, yanğınlar törədib və Milli Qvardiyanı federallaşdırmaq üçün qeyri-qanuni hərəkətlər edib.

Onun imzaladığı sərəncam təkcə Kaliforniyaya şamil edilmir. Bu, ona hər ştata dair eyni hərəkəti etməyə imkan verəcək. Biz onu məhkəməyə veririk”.

Qeyd edək ki, ABŞ-nin Los-Anceles şəhərində artıq üçüncü gündür davam edən kütləvi etirazlar iğtişaşlara çevrilib. Etirazların səbəbi federal miqrasiya xidmətləri tərəfindən həyata keçirilən genişmiqyaslı reydlər və iddia edilən qeyri-qanuni miqrantların həbsi olub.

"Cebheinfo.az"