Türkiyədə 300 hektar ərazi yanıb

Türkiyədə 300 hektar ərazi yanıb

Türkiyənin Manisa şəhərində 300 hektarlıq ərazi yanıb.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, hadisə Turqutlu rayonunda qeydə alınıb.

Kənd təsərrüfatı təyinatlı ərazidə başlayan yanğın daha sonra küləyin təsiri ilə genişlənib və meşəyə keçib.

Yanğının söndürülməsi üçün müxtəlif texniki vasitələr, o cümlədən helikopter cəlb olunub.

Hadisənin səbəbi məlum deyil.

"Cebheinfo.az"