Ən bahalı kreditlər bu rayonlarda verilir

2025-ci il aprel ayının 1-nə banklar tərəfindən Azərbaycan regionlarına manatla kredit qoyuluşu, o cümlədən həmin kredit məbləğlərinin orta faiz dərəcələri məlum olub.
"Cebheinfo.az" Mərkəzi Banka istinadən xəbər verir ki, milli valyutada regionlara 14,82%-lə 23,5 milyard manat kredit verilib. Onun da 14,04% dərəcə ilə 3,8 milyard manatı qısamüddətli, 14,90% dərəcə ilə 19,8 milyard manatı uzun müddətli kreditlərdir.
Milli valyutada ən baha kreditlərin verildiyi rayonlara Dağlıq Şirvan iqtisadi rayonu (19,50%), Şirvan-Salyan iqtisadi rayonu (19,46%) , Qarabağ iqtisadi rayonu (19,35%), Mil-Muğan iqtisadi rayonu (19,27%), Lənkəran-Astara iqtisadi rayonu (19,22%) daxildir.
Milli valyutada qısa müddətə ən baha kreditlərin verildiyi rayonlara Dağlıq-Şirvan iqtisadi rayonu (19,47%), Şirvan-Salyan iqtisadi rayonu (19,42%) , Qazax-Tovuz iqtisadi rayonu (19,02%), Mərkəzi-Aran iqtisadi rayonu (18,79%), Şəki-Zaqatala iqtisadi rayonu (18,26%) daxildir.
Milli valyutada uzun müddətə ən baha kreditlərin verildiyi rayonlar isə Şərqi-Zəngəzur iqtisadi rayonu (21,01%), Dağlıq Şirvan iqtisadi rayonu (19,50%), Şirvan-Şalyan iqtisadi rayonu (19,47%) , Qarabağ iqtisadi rayonu (19,44%), Mil-Muğan iqtisadi rayonlarıdır (19,35%)
"Cebheinfo.az"