Məsud Pezeşkian Bakıda soydaşları ilə görüşdə: “Nizami bu torpağa məxsusdur”

“Nizami bu torpağa məxsusdur və bu göstərir ki, bir millət, bir mədəniyyət, bir güc olmuşuq”.
Bu sözləri Prezidenti Məsud Pezeşkian aprelin 28-də Bakıda Azərbaycanda yaşayan İran vətəndaşları ilə görüş zamanı deyib.
"Mən bu gün burada olmaqdan xoşbəxtəm və tarixi əlaqələrimizin möhkəmlənməsi üçün uyğun mühitin yaradılması istiqamətində səyləriniz təqdirəlayiqdir", - deyə İran Prezidenti vurğulayıb.
Prezident region xalqları arasında min illərlə davam edən ünsiyyətə toxunub:
“Tarix boyu biz bəzən ayrılmışıq, bəzən də qovuşmuşuq, lakin ortaq mədəniyyətimiz, adət-ənənələrimiz, ənənələrimiz hələ də qalır”.
Məsud Pezeşkian bölgənin Nizami Gəncəvi kimi mədəniyyət və ədəbiyyat böyüklərinin qoyub getdiyi mirasa vurğu edib: “Nizami bu torpağa məxsusdur və bu göstərir ki, biz bir millət, bir mədəniyyət, bir güc olmuşuq”.
O, Prezident İlham Əliyevlə danışıqlar barədə deyib:
“Bu görüşdə ikitərəfli əməkdaşlıq yolunda maneələrin aradan qaldırılması üçün işləmək razılaşdırılıb və biz bu istiqamətdə əlimizdən gələni edəcəyik”.
Prezident regionda əməkdaşlıq üçün mövcud olan imkanları bəyan edib:
“Əgər biz fikir ayrılığı əvəzinə əməkdaşlıq etsək, regionda yeni sivilizasiya və yeni ab-hava yarada bilərik. Niyə sərhədlər bizim regionda ticarətə mane olmalıdır, halbuki avropalılar sərhədləri aradan qaldıraraq inkişafa nail oldular. Biz ticarət, elm, sənaye və turizm üçün böyük bazar yarada bilərik".(Yenisabah.az)
"Cebheinfo.az"