“Çukur” serialının filmi çəkiləcək

“Çukur” serialının filmi çəkiləcək

Türkiyənin bir dönəm ən çox izlənilən seriallarından olan “Çukur”la bağlı sürpriz gəlişmə yaşanıb.

“Cebheinfo.az” xəbər verir ki, sözügedən serialın filmi çəkiləcək.

Əslində, layihənin illər əvvəl filmi çəkilməsinə qərar verilməsinə baxmayaraq, bu plandan vazkeçilmişdi.

Lakin “Ay Yapım” bu addımı atmaq üçün yenidən hərəkətə keçib. Artıq filmin nümayişi üçün “Prime Video” ilə razılıq əldə olunub.

“Çukur” filmində hansı aktyorların çəkiləcəyi isə hələlik bəlli deyil.

Elmir
“Cebheinfo.az”