Əməkdar artist: “Oğrular tapıldı, bu gün pulumuz geri qaytarıldı”

Əməkdar artist Aybəniz Haşımovanın qızı bloqer Aynişan Quliyevanın adından dələduzluq edən şəxslər tapılıb.
"Cebheinfo.az" xəbər verir ki, bu haqda A. Quliyeva sosial şəbəkə hesabında paylaşım edib.
“Bu gün çox sevincli bir xəbər aldıq. Mənim adımdan istifadə edərək anamdan pul istəyib oğurlamışdılar. Polis həmin qrup oğruları tapdı və bu gün pulumuz geri qaytarıldı”, - Aynişan bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Aybəniz Haşımova teleqram hesabından yazmaqla qızının adından ondan 1200 manat alındığını açıqlamışdı.
"Cebheinfo.az"