Laçında istifadəyə verilən evlərin sayı açıqlanıb

İndiyə qədər Laçında 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib, 847 ailə köçürülüb.
"Cebheinfo.az" xəbər verir ki,bu barədə bu gün “Lacinema”da keçirilən tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov bildirib.
Onun sözlərinə görə, Laçın şəhərində 626 fərdi ev, çoxmənzilli binada 138 mənzil, 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib.
“Hazırda şəhərdə 89 fərdi ev, 28 çoxmənzilli bina, 26 qeyri-yaşayış sahəsinin tikinti və bərpası davam edir. Eyni zamanda 237 fərdi ev və 29 çoxmənzilli binanın (436 mənzil) tikintisi planlaşdırılır. Sus kəndində 59 fərdi ev, 4 qeyri-yaşayış binası, Zabux kəndində 223 ev, 4 qeyri-yaşayış binası var”, - o əlavə edib.
"Cebheinfo.az"