Bakının mərkəzində restoranda yanğın - YENİLƏNİB

Paytaxtın Səbail rayonu, Nizami küçəsində restoran yanır.
Bu barədə "Cebheinfo.az"a FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
***
Restoranda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
"Cebheinfo.az"