Erməni hərbçinin ölümünə görə xidmət yoldaşı saxlanıldı

Erməni hərbçinin ölümünə görə xidmət yoldaşı saxlanıldı

Ermənistanda sərhədçinin ölümünə görə onun xidmət yoldaşı saxlanılıb.

Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan bildirib.

Müddətli xidmətdə olan Artur Avetisyanın ona təhkim edilmiş avtomat silahdan atəş açaraq intihar etdiyi ehtimal edilir. Hadisə aprelin 25-də Sünikdə baş verib.

Faktla bağlı döyüş növbətçiliyi zamanı özünü öldürmə həddinə çatdırma ittihamı üzrə cinayət işi açılıb.

"Cebheinfo.az"