Xabi Alonso “Real Madrid”ə keçir

Xabi Alonso “Real Madrid”ə keçir

Almaniyanın “Bayer Leverkuzen” komandasının baş məşqçisi Xabi Alonso “Real Madrid”ə keçməyə yaxındır.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis yaxın günlərdə Leverkuzen klubunun rəhbərliyi ilə görüşərək, Madrid təmsilçisinə keçmək istəyini açıqlayacaq.

İspaniya nəhənginin hazırkı çalışdırıcısı Karlo Ançelotti mövsümün sonunda komandadan ayrılacaq.

Qeyd edək ki, Xabi Alonso 2022-ci ilin oktyabrından “Bayer Leverkuzen”i çalışdırır. Onun rəhbərliyi altında uğurla çıxış edən klub ötən il ilk dəfə Almaniya çempionu və ikinci dəfə ölkə kubokunun qalibi adını qazanıb, UEFA Avropa Liqasının finalçısı olub.

"Cebheinfo.az"