Restoranda güclü yanğın: 22 ölü - VİDEO

Restoranda güclü yanğın: 22 ölü - VİDEO

Çinin şimal-şərqindəki Lyaonin əyalətində yerləşən restoranda güclü yanğın baş verib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilib ki, yanğın nəticəsində 22 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Çin Sədri Si Cinpin zərərçəkənlərə yardım göstərməklə əlaqədar tapşırıq verib.

Yanğının səbəbi hələlik məlum deyil.

"Cebheinfo.az"