IV qrupda keçid balı ən az olan ixtisaslar

IV qrupda keçid balı ən az olan ixtisaslar

2024-cü ildə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən formalaşan keçid balları ictimaiyyətə açıqlanıb.

"Cebheinfo.az" IV ixtisas qrupu üzrə 200 və daha az keçid balı olan ixtisasların siyahısını hazırlayıb.

Aşağıdakı ixtisaslarda 2024-cü ilin nəticələrinə əsasən formalaşan keçid balı 200-dür:

Bakı Dövlət Universiteti Qazax Filialı: Kimya və biologiya müəllimliyi;

Azərbaycan Dövlət Pedaqoji Universiteti: Biologiya müəllimliyi, Kimya müəllimliyi;

Bakı Slavyan Universiteti: Psixologiya(qiyabi);

Naxçıvan Dövlət Universiteti: Biologiya müəllimliyi, Kimya;

Azərbaycan Dövlət Aqrar Universiteti: Biotexnologiya, Əczaçılıq;

Gəncə Dövlət Universiteti: Biologiya müəllimliyi, Kimya müəllimliyi, Kimya və biologiya müəllimliyi, Psixologiya, Kimya;

Sumqayıt Dövlət Universiteti: Biologiya müəllimliyi, Kimya müəllimliyi, Kimya və biologiya müəllimliyi, Biologiya, Kimya;

Mingəçevir Dövlət Universiteti: Kimya müəllimliyi, Kimya və biologiya müəllimliyi;

Lənkəran Dövlət Universiteti: Biologiya müəllimliyi, Kimya və biologiya müəllimliyi, Kimya müəllimliyi;

Qərbi Kaspi Universiteti: Psixologiya, Biologiya;

Xəzər Universiteti: Biologiya müəllimliyi, Kimya müəllimliyi;

Bakı Qızlar Universiteti: Psixologiya;

Odlar Yurdu Universiteti: Psixologiya, Biologiya;

Keçid balı 200-dən aşağı olan ixtisaslar da mövcuddur. Onlar aşağıdakılardır:

Naxçıvan Dövlət Universiteti: Baytarlıq təbabəti-150 bal;

Azərbaycan Dövlət Aqrar Universiteti: Ekologiya-150 bal, Bağçılıq və tərəvəzçilik-150 bal,Baytarlıq təbabəti-150 bal, Su bioehtiyatları və akvakultura-150 bal;

Gəncə Dövlət Universiteti: Ekologiya-191.1 bal;

Azərbaycan Texnologiya Universiteti: Ekologiya-150 bal;

Mingəçevir Dövlət Universiteti: Ekologiya-150 bal;

Lənkəran Dövlət Universiteti: Ekologiya-150 bal, Bağçılıq və tərəvəzçilik-150 bal, Baytarlıq təbabəti-150 bal;

Azərbaycan Kooperasiya Universiteti: Ekologiya: Əyani-153.2 bal, qiyabi-150 bal;

Qərbi Kaspi Universiteti: Su bioehtiyatları və akvakultura-188.2 bal;

Odlar Yurdu Universiteti: Ekologiya (qiyabi)-150 bal.

"Cebheinfo.az"