İranda limanda yanğına görə nazirin impiçment proseduru başladılıb

İranda limanda yanğına görə nazirin impiçment proseduru başladılıb

İran parlamenti Şəhid Rəcai limanında partlayışa səbəb olan səhlənkarlıqla əlaqədar ölkənin yol və şəhər inkişafı naziri Fərzanə Sadeqin impiçment prosedurunu başladıb.

"Cebheinfo.az" “Report”-a istinadən xəbər verir ki, bu barədə İran parlamentinin abadlıq komitəsinin üzvü Məhəmməd Mənan Raisi “Tasnim” agentliyinə müsahibəsində bildirib.

Deputatın sözlərinə görə, hazırda impiçmenti dəstəkləyən 40 imza qeydə alınıb, lakin son məlumatlara əsasən, onların sayı artacaq.

Qeyd edək ki, baş verən partlayış nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb, 1200-dən çox insan xəsarət alıb.

"Cebheinfo.az"