Şəmkir sakini bıçaqlanıb

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, Şəmkir şəhər sakini, 1993-cü il təvəllüdlü O. Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, O.Quliyevə münaqişə zəminində naməlum şəxs tərəfindən bıçaq xəsarəti yetirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hazırda Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır. Cinayəti törətməkdə şübhəli bilinən şəxs və şəxslərin müəyyən olunaraq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
"Cebheinfo.az"