Paşinyan Təhlükəsizlik Şurasını topladı

Baş nazir Nikol Paşinyanın sədrliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.
“Cebheinfo.az”-ın məlumatına görə, iclasda Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, respublika Prezidenti Vaahn Xaçaturyan da iştirak edib. Görüş zamanı Ermənistan Respublikasının təhlükəsizlik gündəliyi və xarici siyasəti ilə bağlı məsələlər müzakirə olunub.
Müşfiq Abdulla
“Cebheinfo.az”