Gürcüstanda 33 məhkum əfv edilib

Gürcüstanda 33 məhkum əfv edilib

Gürcüstan Prezidenti Mixail Kavelaşvili Pasxa bayramı münasibətilə 33 məhkumu əfv edib.

Bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir.

"Prezident Mixail Kavelaşvili səlahiyyətləri çərçivəsində Pasxa bayramı münasibətilə 33 məhkumu əfv edib. Əfv edilənlər cəzaçəkmə müəssisələrindən çıxdıqdan sonra ailələrinin yanına qayıtmaq və cəmiyyətin tamhüquqlu üzvü olmaq imkanı əldə edəcəklər", - Gürcüstan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

"Cebheinfo.az"