Tramp “soyqırımı” demədi: Türkiyə bəyanat yaydı

Tramp “soyqırımı” demədi: Türkiyə bəyanat yaydı

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp 1915-ci il hadisələrini “soyqırımı” adlandırmayıb.

ABŞ Prezidenti açıqlamasında “soyqırım” ifadəsi əvəzinə “böyük fəlakət” ifadəsi yer alıb. 

“Cebheinfo.az” xəbər verir ki, Trampın bəyanatında əvvəlki prezidentlərin də istifadə etdiyi, ermənicə “böyük fəlakət” mənasını verən “Meds Yeghern” ifadəsi işlədilib. 

Trampın bəyanatından sonra Türkiyə Xarici İşlər Nazirliyi 1915-ci il hadisələrinə dair açıqlama yayıb. Nazirlik açıqlamasında "1915-ci il hadisələri ilə bağlı deyilənləri tamamilə rədd edirik", - deyilir.

 “1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərə və beynəlxalq hüquqazidd şəkildə verilən bütün açıqlamaları qətiyyətlə rədd edirik. Keçmişdə yaşanmış acıların siyasi məqsədlərlə istismar edilməsinə yönəlmiş bu kimi təşəbbüslərin heç bir hüquqi əsası yoxdur. Türkiyə, həm qlobal səviyyədə, həm də bölgəsində daima sülh, dialoq, qarşılıqlı anlayış və ortaq rifahın təşviqini müdafiə edib. 

Bu yanaşma çərçivəsində ölkəmiz 1915-ci il hadisələrinin ədalətli və elmi əsaslarla araşdırılması üçün arxivlərini açmış və Ortaq Tarix Komissiyasının yaradılmasını təklif edib. Radikal dairələrin tarixdən düşmənçilik çıxarmağa yönəlmiş səylərinin dəstəklənməməsi zərurətini bir daha xatırladır və Türkiyə ilə Ermənistan arasında davam edən normallaşma prosesinə dəstək çağırışımızı təkrar edirik”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”