Jirinovskinin pasportuna müştəri axtarılır

Jirinovskinin pasportuna müştəri axtarılır

Sankt-Peterburqda Rusiya liberal demokrtlarının vəfat etmiş keçmiş lideri Vladimir Jirinovskinin xarici pasportu satışa çıxarılıb. 

Şəhərdəki Şimal Hərrac Evində sovet dövründən qalma sənəd satılır.

“Cebheinfo.az” xəbər verir ki, hərrac aprelin 27-də keçiriləcək. Rusiyalı mərhum siyasətçinin pasportunun başlanğıc qiyməti 100 min rubl təşkil edir.

Ticarət platformasının saytındakı mesajlardan məlum olub ki, Jirinovskinin avtoqrafı, vizaları və Rusiya sərhəd xidməti nişanları olan pasportunda “istifadə izləri” var, lakin yaxşı vəziyyətdədir.

Sənəd 1992-ci il oktyabrın 19-da beş il müddətinə verilib.

Xatırladaq ki, Vladimir Jirinovski 6 aprel 2022-ci ildə COVID-dən vəfat edib. Onun 75 yaşı var idi.

Xəzər
“Cebheinfo.az”