İstanbulda Yaxın Şərq üzrə Rusiya-Türkiyə danışıqları başlayıb

İstanbulda Yaxın Şərq üzrə Rusiya-Türkiyə danışıqları başlayıb

İstanbulda Yaxın Şərqdəki vəziyyətlə bağlı Rusiya-Türkiyə danışıqları başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi Türkiyədəki diplomatik mənbəsinə istinadən xəbər verir.

Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Nuh Yılmaz, Rusiya tərəfinə isə xarici işlər nazirinin müavini Mixail Boqdanov rəhbərlik edir. Məsləhətləşmələr qapalı formatda keçirilir.

Rusiya və Türkiyə nümayəndələri danışıqlarda Suriyada və Yaxın Şərq münaqişəsi zonasında vəziyyəti müzakirə etməyi planlaşdırırlar.

"Cebheinfo.az"