Zəlzələ proqnozu verən tiktoker həbs edilib - FOTO

“TikTok” sosial media platformasında yüz minlərlə izləyicisi olan gənc Myanma astroloqu zəlzələ ilə bağlı proqnozundan sonra "çaxnaşma yaratmaq" ittihamı ilə evinə basqın edildikdən sonra saxlanılıb.
"Cebheinfo.az" xəbər verir ki, aprelin 9-da “TikTok”-da paylaşılan videoda Myanmada yaşayan 21 yaşlı John Moe The,12 gün ərzində bütün şəhərlərə təsir edəcək çox güclü zəlzələnin baş verəcəyini iddia edib. 3,3 milyon baxış toplayan videonun təsvirində "Gün ərzində hündür binalarda qalmayın. Vacib əşyalarınızı özünüzlə aparın və binalardan uzaq durun" kimi xəbərdarlıq da yer alıb. Gənc astroloq çərşənbə axşamı səhər Myanmanın mərkəzindəki Monyva şəhərindəki evində saxlanılıb.
Myanma hərbi administrasiyasından verilən açıqlamada aşağıdakı ifadələr yer alıb:
““TikTok” hesabı vasitəsilə güclü zəlzələ ilə bağlı saxta xəbərlərin yayıldığına dair xəbər aldıq. Bu şəxs haqqında lazımi hüquqi tədbirlər görüləcək. Eynilə saxta xəbər yazan, yayan və ya paylaşan şəxslərə qarşı da təsirli tədbirlər görüləcək".
Xatırladaq ki, ötən ay Myanma mərkəzi bölgəsində 7,7 bal gücündə zəlzələ ilə sarsılmışdı. Təbii fəlakət nəticəsində 3700-dən çox insan həyatını itirib, 60 mindən çox insan isə çadırlarda yaşamağa məcbur olub. Zəlzələdən sonra bir çox yol və körpülər yararsız hala düşüb; elektrik və rabitə infrastrukturu dağılıb.
Nigar Hacılı
"Cebheinfo.az"