Dilarə Kazımova: “Döymələrim görünən yerdə deyil...”

Dilarə Kazımova: “Döymələrim görünən yerdə deyil...”

Dilarə Kazımova bədənindəki döymələrin sayından peşman olmadığını deyib.

"Cebheinfo.az" pravda.az-a istinadən xəbər verir ki, müğənni Dilarə Kazımova “Efirdən kənar” verilişində bədəninə 13 dəfə döymə etdirdiyini dilə gətirib: 

“Döymələrimi elə etmişəm ki, heç birini görmürsünüz. Belə etdim ki, mənə maneə olmasın. Məsələn, biri qolbağının, biri saçlarımın altındadır. Bütün döymələr məna daşıyır. Elə-belə döymə edilməsini başa düşmürəm. Həyatımda çətin məqamları keçəndən sonra ona aid döymə edirəm ki, yadımda qalsın. Çünki insan hər şeyi çox tez unudur. “Maska”da canavar kimi qalib olmuşam və o canavar da üstümdə döymə kimi olacaq. Canavar içimdə var, yarışı qazanmağıma o “alter eqo” kömək etdi”.

"Cebheinfo.az"