Fernando Muslera Türkiyəni tərk etdi

Fernando Muslera Türkiyəni tərk etdi

"Qalatasaray"ın əfsanəsi və uruqvaylı qapıçı Fernando Muslera ailəsi ilə birlikdə Türkiyəni tərk edərək ölkəsinə gedib.

Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, 14 mövsüm "Qalatasaray"da çıxış edən və saysız-hesabsız uğurlara imza atan kapitan Fernando Muslera "qırmızı-sarılar"la müqaviləsi başa çatdıqdan sonra komandadan ayrılacağını açıqlayıb.

Son matçını "Başakşehir"lə keçirən Muslera bu matçdan sonra bir müddət İstanbulda qalıb, burada dost və tanışları ilə vaxt keçirib.

Bu gün İstanbul Hava Limanına gələn Fernando Muslera ailəsi ilə birlikdə Türkiyəni tərk edərək şəxsi təyyarə ilə ölkəsinə gedib.

"Cebheinfo.az"