Mask Rusiyadan raket almaq istəyib

Amerikalı sahibkar, “SpaceX”-in qurucusu İlon Mask karyerasının başlanğıcında Rusiyadan raket almağa çalışıb.
“Cebheinfo.az” TASS-a istinadən xəbər verir ki, bunu bir gün əvvəl Rusiya Federasiyasına səfər edən atası Errol Mask deyib.
O, “Gələcəyin Forumu 2050”də iştirak edib və çıxıındaş Maskın reallaşmamış planlarından danışıb.
"İlon Rusiyada idi, burada raket almağa çalışırdı. Bildiyimiz kimi, ən yaxşı raketlər harada hazırlanır. Ona raket vermədilər. Onun zarafat etdiyini düşünürdülər", - milyonçunun atası etiraf edib.
Onun sözlərinə görə, bundan sonra oğlu “SpaceX” şirkətinin tərkibində özü raket istehsalı ilə məşğul olmaq qərarına gəlib.
Daha əvvəl Valter İsaakson “Elon Musk” kitabında Maskın Rusiyaya “raketlər üçün” getməsi haqqında yazmışdı.
Bundan bir gün əvvəl İlon Maskın Ukraynadakı münaqişəyə son qoymağın yolunu tapdığı xəbəri yayılmışdı.
Xəzər
“Cebheinfo.az”