Sabah Lənkəranın 12 kənd və bir qəsəbəsində qaz olmayacaq

Sabah Lənkəran rayonunun 12 kənd və 1 qəsəbəsində qaz təchizatı dayandırılacaq.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, Lənkəran rayonunun "Xarxatan" qaz paylayıcı stansiyasında istismara yararsız olan iki qaz tənzimləyici qurğunun demontaj edilməsi və həmin hissəyə diametri 108 mm-lik borunun qaynaq edilməsi planlaşdırılır.
Bu işlər iyunun 12-də saat 10:00-da başlayacaq və tamamlanana qədər davam edəcək. İşlər aparıldığı müddətdə 9 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
"Cebheinfo.az"