Neftimizin qiyməti 71 dolları ötdü

Neftimizin qiyməti 71 dolları ötdü

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

"Cebheinfo.az" xəbər verir ki,  Azərbaycan neftinin 1 barelinin qiyməti 1,06 ABŞ dolları, yaxud 1,5 % artaraq 71,85 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ötən gün neftimiz 70.79 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb. 

Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

"Cebheinfo.az"