Binəqədidəki “moyka”da faciə: Ölən var

Dünən paytaxtın Binəqədi rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
"Cebheinfo.az" xəbər verir ki, Əliyev Emin Ramin oğlu avtoyuyucu işlədiyi 7-ci mikrorayon Abay Kunanbayev küçəsində yerləşən avtoyuma məntəqəsində elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
"Cebheinfo.az"