QHT “Kəlbəcərə qayıdış prosesinin dəstəklənməsi” layihəsinə start verib

QHT “Kəlbəcərə qayıdış prosesinin dəstəklənməsi” layihəsinə start verib

Azərbaycan Respublikasının QHT-yə Dövlət Dəstəyi Agentliyinin maliyyəsi ilə “Şans” Regionlara Dəstək İctimai Birliyi “Kəlbəcərə qayıdış prosesinin dəstəklənməsi” layihəsinə start verib.

"Cebheinfo.az" xəbər verir ki, İctimai Birlik sədri Natiq Heydərov bildirib ki, bu gün Azərbaycanın çox strateji mahiyyət kəsb edən bölgələrindən biri  olan  Kəlbəcər rayonunun iqisadi potensialının tədqiq edilməsi və   qayıdış prosesində əhalinin məşğulluq məsələlərinə dəstək zərurət təşkil edir. İşğaldan azad edilmiş digər bölgələrimiz kimi, həmin rayonda da quruculuq işləri davam etdirilir.Böyük Qayıdış Proqramı çərçivəsində dövlətimiz bu regionlarda  geniş quruculuq işlərini həyata keçirir. Düşünürük ki, bu işdə QHT-nin potensialından yararlanmaq effektli vasitələrdən biri olacaq. Biz regionlarda çalışan QHT olaraq əhali arasında geniş  maarifçilik işi aparmaq gücündəyik.

QHT sədri onu da  əlavə etdi ki, iyun-iyul aylarını əhatə edəcək bu, layihə çərçivəsində kəlbəcərlilərin daha çox məskunlaşdığı Bakı, Gəncə şəhərlərində və Qəbələ rayonunda 3 maarifləndirici tədbir keçiriləcək. QHT təmsilçiləri olaraq sahibkarları Kəlbəcər rayonuna cəlb etmək və həmçinin əhalinin məşğulluq məsələlərinə dəstək olmaq bizim əsas məqsədilərimizdən biridir. 

"Cebheinfo.az"