Bu gün partiya sədrinin məhkəməsidir

Bu gün partiya sədrinin məhkəməsidir

Bu gün Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağın məhkəməsi keçiriləcək.

“Cebheinfo.az” xəbər verir ki, onun “xalqı açıq-aşkar nifrət və düşmənçiliyə sövq etmək” ittihamı ilə saxlanıldığı işin ilk iclası bu gün İstanbul 18-ci Asliye Cəza Məhkəməsində baş tutacaq. 

Yerli vaxtla saat 10:30-da başlayacaq məhkəmə iclası Silivridəki Mərmərə Qapalı Cəza Müəssisəsinin şəhərciyindəki məhkəmə salonlarından birində keçiriləcək.

Aslan
“Cebheinfo.az”