Bakıda bu qədər şagird məzun olacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərin buraxılış siniflərini 80 061 şagird bitirir.
"Cebheinfo.az" xəbər verir ki, 2024-2025-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 46 406, XI siniflərini 33 517, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 138 nəfər bitirir.
Paytaxtdakı ümumi təhsil müəssisələri üzrə 38 206 nəfər I sinfi başa vurur. Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 513 923 şagird təhsil alır.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 30 169 müəllim fəaliyyət göstərir. 2024-2025-ci tədris ilində paytaxt üzrə 287 ümumi təhsil məktəbində fəaliyyət göstərən 1 048 məktəbəhazırlıq qrupuna 22 781 uşaq cəlb olunub.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində 344 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.
"Cebheinfo.az"