Azərbaycan millisinin futbolçusu özünə yeni klub axtarır

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov özünə klub axtarır.
Oxu.Az "Sport24"ə istinadən xəbər verir ki, 26 yaşlı hücumçu karyerası ilə bağlı qərar verməyə tələsmir.
Forvard bu ilin fevralında Polşanın "Radomyak" komandasına keçib. Klubla Renat arasında mövsümün sonuna kimi imzalanan müqavilədə onun bir il müddətinə uzadılması maddəsi var. Qarşı tərəf forvardı heyətdə saxlamaq niyyətindədir və onun çıxışından razıdır. Dadaşov daha sərfəli təklif alacağı təqdirdə "Ekstraklasa" təmsilçisi ilə vidalaşacaq. Bu baş verməsə, milli üzvü yeni mövsümə də "Radomyak"da başlayacaq.
Qeyd edək ki, Dadaşov başa çatan mövsümdə Polşa təmsilçisinin heyətində 12 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
"Cebheinfo.az"