Quraşdırılan yeni nəsil kassa aparatlarının sayı açıqlandı

Quraşdırılan yeni nəsil kassa aparatlarının sayı açıqlandı

İndiyədək ölkə ərazisində 10 min 520 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.

Dövlət Vergi Xidmətindən "Cebheinfo.az"-a verilən məlumata görə, yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Cari ilin yanvar-may aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 10 milyard 499 milyon 316,8 min manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz və ya 1 milyard manatdan çoxdur.

"Cebheinfo.az"