Putinin qalmaqallı köməkçisindən daha bir açıqlama: “Böyük və kiçik qardaş...”

“Biz sülh istəyirik, lakin Ukrayna başqalarının milli maraqlarını rəhbər tutmağa davam edərsə, sadəcə olaraq cavab vermək məcburiyyətində qalacağıq”.
“Cebheinfo.az” xəbər verir ki, bunu “Wall Street Journal”-a müsahibəsində Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski deyib.
Onun sözlərinə görə, Qərb Ukraynadakı müharibəyə, öz tarixi və mədəniyyətinə malik iki ölkə - Fransa və İngiltərə arasında münaqişə kimi baxır.
Onun fikrincə, Rusiyanın Ukrayna ilə müharibəsi ortaq tarixə və dilə malik ölkələr arasında qardaş qırğınıdır.
"Bu, böyük və kiçik iki qardaş arasındakı münaqişəyə bənzəyir. Təəssüf ki, bu münaqişə bizim fikir ayrılıqlarımızı daha da gücləndirir, ona görə də biz bunu mümkün qədər tez bitirmək istərdik", - o əlavə edib.
Xatırladaq ki, 2 gün əvvəl Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski Qarabağla bağlı qalmaqallı fikirləri ilə gündəmə gəlib. Rəsmi Bakı Medinskiyə etiraz edib, Rusiya Xarici İşlər Nazirliyi isə onun fikirlərinin kontekstdən çıxarıldığını bildirib.
Xəzər
“Cebheinfo.az”