Alen Simonyan da katalikosun dəyişdiriləcəyini dedi

Alen Simonyan da katalikosun dəyişdiriləcəyini dedi

“Erməni Apostol Müqəddəs Kilsəsində bütün ermənilərin yeni katolikosu olacaq”. 

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistan Milli Məclisinin sədri Alen Simonyan “Telegram” kanalında belə deyib. “Bu gün subay olsa da, övladının olmasının məqbul olub-olmaması sualına birdən-birə cavab verməmək üçün özünü “eşşək yerinə qoyan”, yüksək dəyərlərdən, müqəddəs şeylərdən, hətta kainatdan danışan, müdafiə olunmayanı müdafiə etməyə çalışan bütün kilsə xadimləri yeni reallıqla qarşılaşacaqlar, ya da köhnələrlə birlikdə çıxıb gedəcəklər. 

Yaxşısı budur, susun”,- deyə Alen Simonyan bildirib. O qeyd edib ki, əgər Müqəddəs Eçmiədzində kimsə təhlükə sovuşana qədər mağaralarda gizlənmək taktikasının nəyisə dəyişəcəyini düşünürsə, bu, səhvdir. Əgər həmin dairələrdə qanunazidd fəaliyyət göstərməyin çıxış yolu olduğuna, qara xalatın onu qanun qarşısında məsuliyyətdən azad edəcəyinə inanan adam varsa, deməli, o, daha çox yanılır”,- deyə Simonyan əlavə edib. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”