İlan deputatları qorxutdu

İlan deputatları qorxutdu

Bosniya və Herseqovina Federasiyası Xalq Məclisinin sessiyası təxirə salınmalı olub.

Səlahiyyətlilər zalda ilan olduğunu bildiriblər və hərtərəfli axtarışa başlanılıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Bosniya və Herseqovina Federasiyası Xalq Məclisindən verilən yazılı açıqlamada bildirilir.  

Məlumata görə, paytaxt Sarayevoda parlament binasında keçirilməsi planlaşdırılan Xalq Məclisinin iclas salonunda ilan görünməsi ilə iclas təxirə salınıb.

Açıqlamada iclasdan əvvəl zalda kiçik ilan tapıldığı və əlavə araşdırma üçün zalın boşaldıldığı bildirilib.

Sosial mediada paylaşılan görüntülərdə zaldakı ilanın bir işçi tərəfindən çıxarıldığı görünür..

Parlamentin zalında ilan qısa çaxnaşmaya səbəb olub.

Nigar Hacılı 
"Cebheinfo.az"