Yaşlı kişi qocalar evində döyüldü

Yaşlı kişi qocalar evində döyüldü

Rusiyanın Omsk vilayətində gənc oğlan qocalar evində yaşlı kişiyə hücum edib.

Bakupost.az xəbər verir ki, bu barədə “Mash Siberia” məlumat yayıb.

Sosial şəbəkələrdə yayımlanan görüntülərdə gəncin yaşlı kişiyə nəsə dediyi, sonra isə onun başına və bədəninə zərbələr endirdiyi görünür. Videonun sonunda yaşlı kişi yerə yıxılır.

Telegram kanalının məlumatına görə, hadisə müəssisənin tualetində baş verib.

Aqressiyanın səbəbi isə dəqiq məlum deyil.

Video sosial şəbəkələrə yayıldıqdan sonra müstəntiqlər ilkin yoxlamaya başlayıblar. Onlar baş verənlərdə səhlənkarlıq əlamətləri olduğu bildiriblər.

"Yoxlamanın nəticələrinə əsasən prosessual qərar veriləcək", - deyə açıqlamada qeyd olunub.

Məsələ ilə bağlı prokurorluq da araşdırma aparır. Qurumun məlumatına görə, baş verən hadisə ilə bağlı sağlamlığa qəsdən orta dərəcəli zərər vurma maddəsi üzrə cinayət işi açılıb.

"Cebheinfo.az"