Braziliya millisi dünya çempionatına vəsiqə qazanıb

Braziliya millisi dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, Karlo Ançelottinin komandası seçmə mərhələnin XVI turunda Paraqvayı 1:0 hesabı ilə məğlub edərək həlledici raunda vəsiqə əldə edib.
Bununla da “sambaçı”lar bütün mundiallara vəsiqə qazanan yeganə ölkə olub.
Cənubi Amerika zonasında Peru ilə qolsuz heç-heçə edən Ekvador da adını DÇ-2026-ya yazdırıb.
Qeyd edək ki, Braziliya millisi beş dəfə dünya çempionluğu tituluna yiyələnib.
"Cebheinfo.az"