Azərbaycan parataekvondoçusu bürünc medal qazanıb

Azərbaycan parataekvondoçusu bürünc medal qazanıb

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Çinin Taiyan şəhərində keçirilən Prezident Kubokunda bürünc medal qazanıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

1/8 finalda özbəkistanlı, 1/4 finalda isə monqolustanlı rəqibinə qalib gələn S.Zeynalov yarımfinalda uduzaraq üçüncü yeri tutub.

"Cebheinfo.az"