ABŞ-də insident: Ermənilər Trampa hücum etdi

ABŞ-də insident: Ermənilər Trampa hücum etdi

“Biz Prezident Donald Trampın ABŞ-ın “erməni soyqırımı”nı tanımasından biabırçı şəkildə geri çəkilməsini, Türkiyənin təzyiqi altında Ağ Evin 24 aprel tarixli illik bəyanatında hətta “erməni soyqırımı” ifadəsini qeyd etməkdən imtina etməsini şiddətlə qınayırıq”.

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Amerikadakı “Hay Dat” (Erməni məsələsi) nəşrinin yaydığı bəyanatda belə deyilir.

Amerika Erməni Milli Komitəsinin icraçı direktoru Aram Qambaryan bildirib ki, Prezident Trampın ABŞ-ın “erməni soyqırımı”nı tanımasından geri çəkilməsini “Türkiyənin təhdidlərinə biabırçı şəkildə boyun əymək” adlandırıb.

O, ABŞ-ni erməni xristianlarına qarşı qondarma soyqırım təcavüzünün qarşısını almaq məsuliyyətindən biabırçı şəkildə geri çəkilməkdə ittiham edib.

“Prezident Tramp 2024-cü il prezidentlik kampaniyası zamanı sosial mediada Cənubi Qafqazda sülhü bərpa edəcəyini, zorakılıq və etnik təmizləməni dayandıracağını vəd etmişdi.

Onun xarici təzyiq altında “soyqırım” sözünü işlətməkdən imtina etməsi indi birbaşa həmin vədlə ziddiyyət təşkil edir. Prezident kimi ilk dövründə Tramp erməni “soyqırımı”nı tanımaqdan imtina etdi və Qarabağın erməni əhalisinə qarşı “soyqırım hücumu”na başlayanda ABŞ Azərbaycana görünməmiş hərbi yardım etdi. 

Prezident Trampın tanımaması ABŞ-ın Ağ Ev, Konqres və bütün 50 ştat tərəfindən tanınmasına ziddir”, - bəyanatda belə deyilir.

Müşfiq Abdulla 
“Cebheinfo.az”