Monitorinq Qrupu Qənirə Ataşovaya edilən təhdidlərlə bağlı toplantı keçirdi

Hüquq-müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri – Novella Cəfərova, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Çingiz Qənizadə və Arzu Abdullayeva hazırda ailəsi ilə birlikdə ABŞ-da yaşayan jurnalist Qənirə Ataşovanın ailəsinə və özünə qarşı edilən təhdidlərə dair müraciəti əsasında toplantı keçiriblər.
"Cebheinfo.az" Demokrat.az-a istinadən xəbər verir ki, görüş zamanı Qənirə Ataşova tərəfindən təqdim olunan materiallar və videogörüntülər ətraflı şəkildə müzakirə olunub.
Monitorinq Qrupunun üzvləri məsələ ilə bağlı hüquq-mühafizə orqanları ilə əlaqə saxlayaraq narahatlıqlarını ifadə ediblər. Onlara verilən məlumata görə, məsələ araşdırılır və qanunauyğun tədbirlər görüləcək.
"Cebheinfo.az"