Oğuzda kanaldan 80 yaşlı qadın meyiti tapılıb

Oğuzda kanaldan qadın meyiti tapılıb.
“Qafazinfo”nun məlumatına görə, hadisə rayonun Kərimli kəndi ərazisində baş verib.
Belə ki, kənd sakini 1945-ci il təvəllüdlü Həsənova Qənirə İsmayıl qızının meyiti kəndin ərazisində kanalda aşkarlanıb.
Məlumata görə, 80 yaşlı Q. Həsənovanı ailə üzvləri bu gün səhər saatlarından etibarən axtarıblar. Onun meyiti axşam saatlarında aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"