Yarım milyon insan didərgin düşüb

Yarım milyon insan didərgin düşüb

İsrail ordusunun hücumları nəticəsində son bir ayda Qəzza zolağında təxminən 500 min fələstinli didərgin düşüb.

Bunu Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) bildirib.

"Cebheinfo.az" xəbər verir ki, intensiv bombardmanlar və təhlükəsiz ərazilərin kiçilməsi Qəzzada dinc sakinləri bir neçə dəfə qaçmağa məcbur edib. Eyni zamanda, bölgədə yaşayış şəraiti gündən-günə pisləşir.

UNRWA-nın "X" hesabında verdiyi açıqlamada Qəzzada mövcud humanitar vəziyyətin kritik həddə çatdığı vurğulanıb.

Bəyanatda yüz minlərlə köçkünün parçalanmış, təhlükəsiz və yaşayış üçün əlverişli olmayan bölgələrə sığınmaq məcburiyyətində qaldığı, İsrail ordusunun verdiyi çoxsaylı təxliyə əmrlərinin Qəzzanın üçdə birindən az hissəsində yaşayan fələstinliləri tərk etdiyi vurğulanıb.

İsrail ordusunun evakuasiya çağırışları səbəbiylə son bir ayda təxminən 500 min fələstinlinin Qəzza zolağına yerləşdirildiyini paylaşan UNRWA, sağlamlıq və gigiyena şəraitinin, xüsusilə də sıx olan sığınacaqlarda ciddi təhlükə yaratdığını, su, qida və dərman kimi əsas ehtiyaclara çıxışın demək olar ki, mümkünsüz hala gəldiyini bildirib.

Bəyanatda xidmət təminatçılarının məhdud resurslarla işləməyə davam etdiyi və mövcud humanitar yardımların sürətlə tükəndiyi qeyd edilib.

Nigar Hacılı 
"Cebheinfo.az"