Ərdoğan Qəzzaya qurbanlıq göndərdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Qızıl Aypara Cəmiyyəti vasitəsilə Qəzzaya qurbanlıq heyvanlar bağışlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Türkiyə Prezidenti Ərdoğan Türk Qızıl Aypara Cəmiyyətinin Baş Prezidenti Fatma Meriç Yılmazı Dolmabağça Ofisində qəbul edib. Türk Qızıl Ayparasının işi ilə bağlı məlumat alan Ərdoğan qurbanlıq heyvanı Qəzzada kəsilmək üçün quurma bağışlayıb. “Ərdoğan Digital Media” hesabından edilən paylaşımda sözügedən ianə ilə bağlı fotoşəkillər yer alıb.
Nigar Hacılı
"Cebheinfo.az"