Bakının bu ərazisində qaz kəsildi - “Azəriqaz” səbəbi açıqladı

Səbail rayonu, Badamdar qəsəbəsində asfalt qaşıyan texnika yeraltı orta təziqli qaz xətti zədələyib.
Bu barədə “Cebheinfo.az”a “Azəriqaz” İB-dən bildirilib.
Bu səbəbdən qaz sızmasının qarşısını almaq məqsədilə qaz təchizatı dayandırılıb.
A.Məmmədov, Z.Yusifzadə, Əlibəyov, L.Babayev, Ə.Nəzmi, M Useynov, Q.Abbasov, Xanlar, S.Qədimova küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
“Cebheinfo.az”